XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 January 2017 - 09:57

İstanbuldakı qanlı gecənin şahidləri:"İnsanlar sağa-sola qaçırdı, huşunu itirənlər də vardı"

İstanbul terrorunun şahidləri gecə baş verən dəhşətli olayla bağlı danışıblar.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk futbolçu Səfa Boydaş hadisənin gecə klubuna insanların axın etdiyi saatda baş verdiyini bildirib.

«İnsanlar sağa-sola qaçırdı. Özündən gedənlər oldu. Mənimlə olan xanım da huşunu itirdi. Çiynimə qoyub qaçdım. İçəridə xeyli adam vardı. «Reina» kimi bir yerdə belə bir olayın yaşanacağını ağlıma belə, gətirməzdim. Dərhal çıxa bilmədik. Polislər çox tez gəldi və danışa bilənlərdən ifadə aldılar», deyə Boydaş yaşadıqlarını təsvir edib.

Sinem Uyanık adlı başqa bir şahid əyləncənin qızğın vaxtında atəş səsi eşitdiyini bildirib: «İki-üç nəfər idi. Gülləbaran etdilər. İçəri barıt qoxuyurdu».

Şahidlərdən biri isə məkanda təxminən 500-600 nəfərin olduğunu deyib: «İçəridə çox yaralı var».