XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 13:04

İstanbuldakı terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb –XİN açıqladı

xin

İstanbulda törədilmiş terror aktında iki Azərbaycan vətəndaşı yaralanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, İstanbulda baş vermiş terror aktı nəticəsində Azərbaycan vətəndaşı olan bir kişinin də yaralanması barədə məlumat daxil olub.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu həmin şəxsin kimliyini araşdırır və Türkiyənin müvafiq qurumları ilə təmasları davam etdirir.

H. Hacıyev deyib ki, hadisə zamanı xəsarət almış qadının vəziyyəti qənaətbəxş sayılıb və o, xəstəxanadan buraxılıb. 

APA