XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2017 - 13:28

İstanbuldakı terrorda ölənlərdən 15-i xarici ölkə vətəndaşıdır –Rəsmi

Yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da 39 nəfərin ölümü, 65 nəfərin yaralandığı terror aktı ilə bağlı yeni xəbərlər var.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorda ölən 39 nəfərdən 20-nin şəxsiyyətinin dəqiqləşdirilməsi üzərində iş aparılır: "Həmin 20 nəfərdən artıq 15-nin şəxsiyyəti müəyyənləşdirilib. Həmin 15 nəfər xarici ölkə vətəndaşıdır".

Qeyd edək ki, terror nəticəsində yaralananlar arasında 1-i qadın, 1-i kişi olmaqla, 2 azərbaycanlı da var.

Strateq.az