XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 16:20

KTMT məlumat yaydı:"Bordyuja postunu tərk edib"

bordyuja

Bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeriy Semernikov icra edəcək.

Bu barədə bu gün KTMT məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatıb və bu vəzifəni V Semernikov icra edəcək.

Qeyd edək ki, N. Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyujanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.  (APA)

valeriy