XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2017 - 18:57

“Haşdi Şabi”:"PKK-nın fəaliyyətini məhdudlaşdırın!"

kerim-nuri-hasdi

"Haşdi Şabi" Kürdüstan Demokrat Partiyası (PDK) və Kürdüstan Vətənpərvərlər Birliyinə (YNK) müraciətlə "PKK-nın fəaliyyətini məhdudlaşdırın" çağırışı edib.

Strateq.az xəbər verir ki, "Bədir Briqadası"nın rəsmisi və "İraq Könüllü Xalq Qüvvələri"nin sabiq mətbuat katibi Kərim Nuri deyib: "PKK ilə nə əlaqəmiz, nə də buna ehtiyacımız var. PKK-nın Şenqalda olması Türkiyə əleyhdarlığından başqa heç nəyi ifadə etmir".

Kərim Nuri əlavə edib: “İraq Konstitusiyası qonşu ölkələrə aid silahlı qüvvələrin istifadəsinə izn vermir. Bu, təkcə PKK-ya şamil deyil. Biz nə İrandakı, nə də Türkiyədəki müxalif güclərin İraq torpaqlarında olmasına izn veririk. PKK yalnız Kürdüstan bölgəsində mövcuddur. Buna görə də Kürdüstandakı qardaşlarımız PKK-nın hərəkətlərini və fəaliyyətini nəzarət altına alıb məhdudlaşdırmalıdır".

M.Rzasoy