XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 17:06

İnauqurasiyadan sonra Trampın ilk qərarı nə olacaq?- İş planı açıqlandı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimindən sonrakı iş planı açıqlanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ilk olaraq əvvəlki prezindent Barak Obamanın imzaladığı bir çox qanunları ləğv edəcək.

Tramp administrasiyasının nümayəndəsi Şon Payser bildirib ki, yeni prezident ilk gün bir sıra qanunlar imzalayacaq. Onların bir çoxu köhnə rəhbərliyin son 8 ildə qəbul etdiyi qərarların ləğvini nəzərdə tutacaq. 

Tramp hesab edir ki, həmin qanunlar ölkənin iqtisadi inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaradıb. 

Qeyd edək ki, inauqurasiya mərasiminin rəsmi hissəsi yanvarın 19-da səhər saatlarında başlayacaq.

Tramp və vitse-prezident Arlinqton məzarlığına gedərək çələng qoyacaq. Bunun ardınca Linkoln memorialının qarşısında konsert proqramı olacaq.

Yanvarın 20-də prezident və vitse-prezident Konqresdə and içəcək və ardınca Ağ Evə qədər davam edəcək inauqurasiya paradında iştirak edəcəklər.