XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 23:19

BMT Təhlükəsizlik Şurası Türkiyə ilə bağlıçağırış etdi

BMT Təhlükəsizlik Şurası İstanbulda baş verən son terror aktı ilə bağlı dünya ölkələrinə müraciət edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum terror aktını törədənlərin tapılması və cəzalandırılması üçün ölkələri rəsmi Ankara ilə aktiv əməkdaşlığa çağırıb.

Təhlükəsizlik Şurasının üzvləri İstanbul teraktını kəskin şəkildə pisləyərək onu dəhşətli hücum adlandırıblar.

«Terrorizm dünya təhlükəsizliyi üçün ən böyük təhdidlərdən biri olmaqda davam edir. Ölənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik», deyə Şura üzvləri qeyd ediblər.