XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2017 - 14:00

ABŞ təsdiqlədi –Körfəz ölkələrinə 40 milyardlıq silah satılıb

kerri-ereb-liderler

ABŞ Dövlət Departamenti Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son iki ayda 40,8 milyard dollarlıq silah satışını təsdiqlədi.

Strateq.az xəbər verir ki, ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi təkcə Qətərə ötən ilin noyabr-dekabr aylarında 21 milyard 881 milyon dollarlıq silah satıb.

Bu vəsaitin 21 milyard 100 milyon dolları 72 ədəd çoxfunksiyalı "Boeing F-15QA2" tipli döyüş təyyarəsinin sursat paketi ilə birgə satın alınmasına xərclənib.

Bundan başqa, Qətər 4 ədəd "C-17" tipli hərbi nəqliyyat təyyarəsi alıb. Küveyt isə yeni silahların alınmasına 11 milyard 837 milyon dollar xərcləyib. Bu vəsaitlə "Boeing F/A-18 Super Hornet" tipli 28 təyyarə, "Abrams" tankları və s. hərbi texnika alınıb.

Səudiyyə Ərəbistanı (3 milyard 500 milyon dollar) "Chinook" nəqliyyat helkopterləri, BƏƏ (3 milyard 510 milyon dollar) "Apache" hücum helikopterləri alıb.

M.Rzasoy