XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2017 - 16:22

Terroru qırğız vətəndaşı törədib? –Milli Təhlükəsizlik Komitəsi və səfirlikdən operativ açıqlamalar

qirgistan-dtx

Qırğızıstanın Milli Təhlükəsizliyi üzrə Dövlət Komitəsi İstanbulda həyata keçirilən terror aktında bu ölkə vətəndaşının törətməsi haqqında məlumat yoxlamaq üçün Türkiyəyə sorğu göndərib.

Strateq.az xəbər verir ki, bunu Dövlət Komitəsinin mətbuat katibi Rahat Süleymanov bildirib.

R.Süleymanov deyib: "İstanbulda törədilən terror aktında Qırğızıstan vətəndaşlarının mümkün iştirakı barədə müxtəlif məlumatlar ortaya çıxır. Milli Təhlükəsizlik Komitəsinin nümayəndələri türkiyəli həmkarları ilə daim əlaqə saxlayırlar".

Qırğızıstanın Türkiyədəki səfirliyindən də məsələyə münasibət bildirilib.

Strateq.az "İnterfax"a istinadən xəbər verir ki, səfirlikdən "Hələlik heç bir dəlil yoxdur, yalnız fərziyələr mövcuddur", – deyə, açıqlama verilib.

Xatırladaq ki, İstanbulun “Reina” gecə klubuna hücumu 28 yaşlı Yəhya Maşrapovun törətdiyi bildirilir. Onun Qırğızıstan vətəndaşı olduğu deyilir. Türkiyə KİV-də terrorçunun pasportunun fotosu yayılıb. Sənədin Qırğızıstan dövlət qeydiyyat xidməti tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Ümumilikdə 700 adamın olduğu klubda 16 nəfər əcnəbi olmaqla 39 nəfər öldürülüb, 69 nəfər yaralanıb. Ölənlər arasında Rusiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları olub.

M.Rzasoy