XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 04:22

Türkmənistan İrana qaz nəqlini məhdudlaşdırdı –İranın Milli Qaz Şirkəti borcunu ödəmir

qaz-hatti

Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə, bu ölkəyə qaz tədarükünü məhdudlaşdırıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan XİN-in məlumatında bildirilir.  

"İran Milli Qaz Şirkəti 2013-cü ildən başlayaraq tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsi istiqamətində lazımi səylər göstərmir… 2016-cı il ərzində İran tərəfi qaz tədarükü sahəsində əlverişsiz vəziyyətin yaranması və qaz tədarükünün dayandırıla biləcəyi  barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb”, – deyə məlumatda qeyd olunur.    

Qeyd edək ki,  Türkmənistan İrana qaz tədarükünü 2017-ci ilin yanvarın 1-dən məhdudlaşdırıb.

Türkmənistan XİN-i İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.  

Onu da qeyd edək ki, Türkmənistan 1997-ci ildən İrana qaz tədarük edir. Xatırladaq ki, qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir.

Türkmənistan qazını Çin və İrana tədarük edir.