XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 19:33

Ərdoğan:“Türkiyə terrora təslim oldu demək, terrorçularla bir cərgədə durmaqdır”

erdogan

«Türkiyə terrora təslim oldu demək, terrorçularla bir cərgədə durmaqdır. Çünki terror təşkilatının da məqsədi birilərinə bu sözü söylətməkdir. Bu fikri ifadən edən şəxs siyasətlə məşğul olmur. Ölkəsi ilə bağlı qurulan şər ittifaqının dəyirmanına su daşıyır». 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Sarayda muxtarlar üçün keçirdiyi 33-cü toplantısında deyib.
«Reina» terroruna toxunan Ərdoğan deyib ki, hücumun məqsədi Türkiyədə insanları üz-üzə qoymaqdır: 

“39 nəfər qətlə yetirildi, 71 nəfər yaralandı. Türkiyə və türk milləti terror təşkilatlarının əli ilə odla imtahan edilir. Bu hücumlara qarşı dirəniş göstərəcək gücə və qətiyyətə sahibik. Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq, birlikdə Türkiyə olacağıq! Təbii ki, qurbanlar veririk. Torpağa düşən hər damla qan od olub ürəyimizi yandırır. Bilirəm ki, millətin qəzəbi böyükdür. İnanın, biz də ən azı sizlər qədər qəzəbli və yaralıyıq».

Ərdoğan Türkiyədəki son terror hücumlarının ölkə iqtisadiyyatında yorğunluq və durğunluq yaratdığını, lakin qalıcı fəsadların olmadığını bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, ən çox zərər görən sahələrdən biri də turizmdir: «Əvvəlcə Rusiya ilə bağlı məlum məsələ, sonra da terror hücumları turizmə mənfi təsirini göstərdi. Amma bu mövsümdən etibarən hər şey düzələcək».

Strateq.az