Türkiyə ordusu Suriyanın Əl Bab şəhərində İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyatda bu gün yenə itki verib.
Strateq.az NTV-yə istinadən xəbər verir ki, terrorçular Türkiyə və ASO-nun mövqelərini raket atəşinə tutub: "Nəticədə 1 türk əsgəri şəhid olub, 3-ü yaralanıb".
Məlumata görə, Türkiyə ordusu ASO ilə birgə terrorçulara qarşı sərt cavab verib. Nəticədə xeyli terrorçu məhv edilib, yaralıların sayının isə 20-dən çox olduğu bildirilir.