XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2017 - 22:10

Donbass separatçılarının silahlı gücü:40 min əsgər, 600 tank, 1300 hərbi texnika...

 

rusya-tanklari

Ukraynanın şərqindəki Donbass bölgəsində 2014-ci ilin aprel ayından bu yana Rusiya tərəfdarı silahlılarla döyüşlərdə 10 mindən çox hərbçi və mülkü vətəndaş həlak olub.

Strateq.az xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Stepan Poltorak bildirib.

 Ölkəsinin bir televiziya kanalına verdiyi müsahibədə o, separatçılarının hərbi gücü barədə də rəqəmlər səsləndirib: “Donbassda Rusiyadan gələn 40 min nəfərlik bir silahlı qüvvə var. Bunun 35 mini müxtəlif silahlı qruplar, 5 mini isə, birbaşa Rusiya ordusuna bağlı əsgərlərdən formalaşıb”.

Poltorak, həmçinin, separatçıların əlində 600 tank, 1300-ə qədər hərbi texnika və 760 ədəd top olduğunu qeyd edib.