XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 09:08

Rusiyanın Suriya açıqlaması:"35 min terrorçu öldürüldü"

 

halep

Rusiya Müdafiə Nazirliyi Suriyada hərbi əməliyyatlara başladığı 2015-ci ilin sentyabr ayından etibarən əldə etdiyi uğurun statistikasını açıqlayıb.

Nazirlik bildirib ki, indiyə qədər 35 min silahlı öldürülüb, terrorçu qruplara aid 1500 hərbi texnika sıradan çıxarılıb.

Açıqlamada həmçinin 725 təlim düşərgəsinin, 405 silah emalatxanasının məhv edildiyi də vurğulanıb. Öldürülən 35 min canlı qüvvədən 204-ü isə hərbi komandirlərdir.

 İşğaldan qurtarılan ərazilərə gəlincə, rəsmi açıqlamada 12 min 360 kvadrat kilometr genişliyində sahədən və 499 yaşayış məntəqəsindən bəhs edilir.