XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2017 - 12:15

Qüdrət Həsənquliyevin çıxışı təbrizli deputatı çoşdurdu:"Əgər Azərbaycan bu qədər güclüdürsə..."

Iranian 76

Təbrizdən millət vəkili seçilmiş Məhəmməd İsmayıl Səidi Azərbaycan Respublikası deputatlarının İranla əlaqədar açıqlamalarına münasibət bildirib.

Strateq.az "Fars" agentliyinə istinadla xəbər verir ki, Səidi, "İran bizim İsrail ilə münasibətlərimizi bir daha təpki göstərərsə, bu ölkənin azəri türkcəsində danışan 5 vilayətindəki vəziyyəti qarışdırar" sözlərini kobudluq adlandırıb.

Onun sözlərinə görə, azəri türkcəsində danışan iranlılar tarix boyu İranda milli vəhdəti müdafiə ediblər.

Məhəmməd İsmayıl Saidi İsrail ilə ittifaq quraraq gücünü gücləndirməyə çalışan ölkələrin bölgədə əsl ixtilafların başlıca qaynağının İsrail olduğunu bilmələrinin lazım olduğunu vurğulayıb.

Saidi, həmçinin deyib: "Əgər Azərbaycan Respublikası bu qədər güclüdürsə, əvvəlcə Qarabağ problemini həll etsin".

Xatırladaq ki,  Təbrizli deputatın narazılığına səbəb olan ifadəni Azərbaycan parlamentində deputat Qüdrət Həsənquliyev səsləndirmişdi.

M.Rzasoy