XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2017 - 18:45

İzmir valisi:""Kalaşnikov"la silahlanan terrorçular ölü ələ keçirildi"

İzmir valisi Erol Ayyıldız terror hadisəsi ilə bağlı açıqlama verib.

Strateq.az xəbər verir ki, vali hadisənin polis əməkdaşlarının sayıqlığı nəticəsində daha böyük təlafatlara yol açmadığını deyib.

O bildirib ki, olay bomba yüklü maşını yoxlamaq amacı ilə saxlatdırılarkən baş verib:

"Təəssüf ki, hadisə nəticəsində bir polisimiz, bir də ədliyyə əməkdaşı şəhid olub. 5 yaralımız var. Allahdan onlara şəfa diləyirik.

Terroristlərə gəldikdə isə, onlar ölü ələ keçirilib. Biri də axtarılır. Onlardan "kalaşnikov" avtomatları, 8 əl bombası və digər silah-sursatlar aşkarlandı".

Vali bildirib ki, hadisə yerində olan digər bir maşında da bomba aşkarlanıb: "Həmin bomba yüklü maşın da kontrollu şəkildə zərərsizləşdirildi".

Vali onu da deyib ki, ilkin ehtimala görə, hadisəni PKK törədib.