XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 10:17

Vergilər Nazirliyində daha bir dəyişiklik –İki mərkəz yaradıldı, təyinat oldu

vergi

Vergilər Nazirliyinin iki şöbəsi ləğv edilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, ləğv edilən şöbələrin bazasında mərkəzlər yaradılıb.

Məlumata görə, ləğv edilən analitik-informasiya şöbəsinin əvəzində Media və Kommunikasiya Mərkəzi, informasiya texnologiyaları şöbəsinin əvəzində isə İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb.

Media və Kommunikasiya Mərkəzinin rəhbəri Mehdi Mirsəlimov, İT Mərkəzinin rəhbəri isə Eyyub İbrahimov təyin edilib.

Qeyd edək ki, hər iki şəxs ləğv edilən şöbələrin rəisləri olub.