XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2017 - 12:25

Vergilər Nazirliyində daha iki idarə ləğv edildi –Nazirdən yeni qərar

fazil

Vergilər Nazirliyində daha iki idarənin ləğv edilməsi ilə bağlı qərar qəbul olunub.

Onların bazasında departamentlər yaradılıb.

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti, Vergi auditi və operativ nəzarət İdarəsinin bazasında isə Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Qeyd edək ki, yeni yaradılan departamentlərin rəhbər vəzifələrinə hələ təyinat yoxdur.

Xatırladaq ki, bu vaxta qədər ləğv edilən Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi isə Toğrul Quliyev olub.

Report