İŞİD terrorçuları İraqın Tiqrit şəhərinin yaxınlığında ordu və polisin nəzarət birgə postuna hücum ediblər.
Strateq.az "Al-Arabia"ya istinadla xəbər verir ki, terrorçular bomba yüklü avtomobildən istifadə ediblər.
Tiqritin yaxınlındakı əl-Dəvr şəhərciyinə hücum etmiş iki terrorçunun hücumu nəticəsində 2 zabit və 2 əsgər həlak olub, 12 nəfər yaralanıb.
M.Rzasoy