“YPG kimi terror təşkilatına müttəfiqimizin silah verməsi bizim üçün qəbul edilməzdir. Terrora dəstək verən bir ölkənin müttəfiq kimi qəbul edilməsi belə, çox müşkül məsələdir”.
Strateq.az xəbər verir ki, ABŞ-ı hədəf alan bu açıqlama Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu tərəfindən səsləndirilib.
ABŞ-da səfərdə olan nazir Suriyaya rejimini də tənqid etməyi yaddan çıxarmayıb. O, rəsmi Dəməşqin İdilib bölgəsinə hərbi əməliyyatlara hazırlaşmasının danışıqlar prosesini poza biləcəyi ehtimalından danışıb:
"Həm siyasi həll istəyib, Astana prosesi və atəşkəslə əlaqədar iki sənəd imzalayacaqsan, həm də ondan sonra 'İdlib ələ keçirməyə çalışacağıq” deyəcəksən. Bu olmaz. O zaman bütün proses çökər, təkrar xaos başlar”.