İsrail 2017-ci ildə BMT üçün ayrılan maliyyə vəsaitini 6 milyon dollar azaldacaq.
Strateq.az xəbər verir ki, bu addım BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə qəbul edilən qətnamə ilə bağlı atılacaq.
Xatırladaq ki, 2016-c il dekasbrın 23-də ABŞ-nin səsvermədə bitərəf qalması ilə Təhlükəsizlik Şurasının 14 üzvü Fələstin ərazilərində yəhudi məskənlərinin tikintisi əleyhinə qətnamə qəbul olunub.
"BMT-də bizə qarşı səs verən orqanları maliyyələşdirmək ağılsızlıdır", – deyə İsrailin BMT-dəki səfiri Dani Danon bildirib.
M.Rzasoy