XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 18:27

Hakimiyyətin iki qolu arasında savaş qızışır –İranda gərginlik

ruhani-laricani

İranda hakimiyyətin icraedici qolu ilə məhkəmə qolu arasında üstüörtülü qarşıdurma yerli medianın əsas yazı mövzusuna çevrilib.

Strateq.az xəbər verir ki, "Mehr" agentliyi də yanvarın 7-də baş məqaləni bu mövzuya həsr edib.

Baş məqalədə qeyd edilir ki, sözlü münaqişə prezident Həsən Ruhaninin tənqidi ilə başlayıb. Müzakirələr media platformasında davam etdirilib və hökumət məhkəmə hakimiyyətinin "layiqli cavabı"nı verib.

"Mehr" müəllifi qeyd edir ki, üstüörtülü savaşın kökündə Ali Məhkəmənin ölkə nazirlikləri, dövlət idarələri və əyalət administrasiyalarında yoxlamalar aparması durur.

Həmin vaxt Ali Məhkəmənin sədri Sadiq Amoli-Laricani bildirmişdi ki, "Konstitusiyaya görə, məhkəmə hakimiyyəti preventiv hərəkət etməlidir. Onun vəzifələrindən biri cinayətin qarşısını önləməkdir".

Daha sonralar Ayətullah Laricani 3 milyard dollarlıq korrupsiya iddiasını əsas götürərək hökumətə qarşı açıq hücuma keçmişdi.

Onun "Twitter"dəki bir atmacasının da hədəfi Həsən Ruhani hökuməti idi. Prezident komandası da şifahi bəyanatlarında fəaliyyətinin şəffaflığını vurğulayır və nufüzunu qorumağa çalışırdı.

İş adamı Babək Zəncaninin məhkəməsi hökumət əleyhinə açıqlamalarında yeni səhifə oldu.

Lap bu yaxınlarda Ayətullah Amoli-Larican demişdii: "Zəncaninin sözlərinə görə, seçkilərdə prezidentə milyardlarla dollar kömək edib. Onun sözlərinin həqiqət olduğunu düşünmürük. Çünki çox şey söyləyir və bir çox iddiaları var. Əgər onun sözləri ilə maraqlansaydıq, məsələ ilə əlaqəsi olan hər kəsi məhkəməyə çağırardıq".

İrandakı müşahidəçilər bunun qarşılığında prezident H.Ruhaninin sükutunu məğlubiyyətin qəbulu kimi dəyərləndirirlər.

Bəzi analitiklərin fikrincə, icraedici hakimiyyətlə məhkəmə hakimiyyəti arasındakı bu savaş builki prezident seçkilərinə hesablanıb. Yəni H.Ruhani hökumətini gözdən salmaqla onun ikinci dəfə prezident seçilməsi imkanını heçə endirmək düşünülür.

Laricanilər İranda nüfuzlu ailədir. Ali Məhkəmə sədrinin qardaşı Əli Laricani artıq neçə illərdir ki, parlamentdə sədrlik edir və 2017-ci ildə onun prezidentliyə iddialı olacağı ehtimalı böyükdür.

 

M.Rzasoy

Strateq.az