Suriya prezidenti Bəşər Əsəd ölkəsinin rəsmi KİV-lərinə müsahibə verib.
Strateq.az xəbər verir ki, B.Əsəd Astanada keçiriləcək danışıqlarda "hər şey" barədə danışıqlara hazır olduğunu bildirib.
B.Əsəd deyib: "Əlbəttə, biz bəyan etmişik ki, nümayəndə heyətimiz bu konfransa getməyə hazırdır. Biz hər şey haqqında danışıqlara hazırıq".
Bu bəyanat Suriyadakı müxalif qrupların iştirakı ilə çoxtərəfli müzakirələrdə hətta B.Əsədin istefası məsələsinin də müzakirəsini nəzərdə tutur.
M.Rzasoy
Strateq.az