XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

09 Yanvar 2017 - 14:16

İslam Hərbi Alyansına daxil olmaq Azərbaycana nələr verəcək? –Politoloqdan şərh

elxan

Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarını müsbət qiymətləndirirəm. Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki, bəlli deyil, ancaq artlq qurumun üzvlərinin sayı 42-yə çatıb".

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycanın sözügedən alyansa qoşulmasına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsə də, bu alyansa daxil olmaq Azərbaycanın xeyrinədir:

"Birincisi, islam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi rərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır. 

Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır. 

Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir. Necə ki, sözdə də olsa İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək.

Üstəlik, İslam Hərbi Alyansında NATO-dakı 5-ci məddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabədir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq".

 

Mia.az