XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2017 - 18:15

Prezident İlham Əliyevdən keçmiş komitə sədri haqda –Sərəncam

qerib-memed

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən,  Azərbaycan Respublikasında aqrar elmin inkişafında xidmətlərinə görə Qərib Şamil oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Qərib Məmmədov 2015-ci ilədək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 

Yanvar ayının 6-da sabiq komitə sədrinin 70 yaşı tamam olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Aqrar məsələlər üzrə müşaviri, BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.

Strateq.az