XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2017 - 18:59

“Milyarder molla, praqmatik mühafizəkar…” –Harvard eksperti Rəfsəncani barədə yazdı

mecid-refizade

"O, praqmatik mühafizəkar və milyarder kimi tanınırdı".

Bu sözlərin müəllifi politoloq, Harvard Universitetinin eksperti, Beynəlxalq Amerika Şurasının prezidenti doktor Məcid Rəfizadədir.

Strateq.az xəbər verir ki, "Al-Arabiya"da dərc edilən və İranın sabiq prezidenti, mərhum Haşimi Rəfsəncaniyə həsr edilən "Varlı fermerlikdən mühafizəkar İran prezidentinədək" adlı analitik yazısında M.Rəfizadə qeyd edib ki, Rəfsəncaninin ölümü İranın islahatçılar və mülayim mühafizəkarlar düşərgəsinə güclü zərbədir.

"Rəfsəncani Ayətullah Xameneinin vəkili və yaxın məsləhətçisi kimi sürətlə siyasi pillələri çıxdı", – deyə qeyd edən M.Rəfizadə İranın dördüncü prezidentinin keçdiyi mərhələləri bir-bir sadalayıb.

M.Rəfizadə yazır: "Şəxsi sərvəti 1 milyard dollar olan milyarder molla "Forbes" siyahısına da düşdü".

"Xomeyninin ölümündən sonra Rəfsəncani Ayətullah Əli Xameneinin İslam Respublikasının növbəti ali lideri olmasında mühüm rol oynayıb. Lakin sonra Rəfsəncani ilə Xamenei arasında mübahisələr artdı", – deyə müəllif yazının davamında qeyd edir.

M.Rəfizadə 2016-ci ilin martında Rəfsəncanin "Twitter"dəki sözlərini və Xameneinin buna necə təpki verdiyini xatırladır:

"Rəfsəncaninin beş övladından ikisi qısa müddətdə həbs olundu. Bundan sonra o, iddialarından geri çəkildi".

M.Rzasoy