XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2017 - 23:36

Rusiyanın konsulu evində ölü tapıldı –Yunanıstanda

kreml

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanın vəfat edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, konsul yaşadığı evdə ölü tapılıb.

Diplomat səhər işə gəlməyib, telefon zənglərinə cavab verməyib. Onun meyitini həmkarları və polis axşam aşkarlayıb.

Afina polisinin məlumatına görə, 55 yaşlı diplomat təbii səbəblərdən dünyasını dəyişib.