Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə, postunu tərk etdiyini bildirib.
Qərarın lehinə 106 deputat səs verib.
Hökumətyönlü deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.
“El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə, yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.
APA