XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 10:59

Prezidentin istefası qəbul olunmadı –Məhkəmə parlamentin qərarını ləğv etdi

manuro

Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın "TeleSur” telekanalı məlumat verib.

Məlumata görə, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.

"Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə  səlahiyyəti yoxdur”, – məlumatda vurğulanıb.