XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 11:56

“Cənab Tramp məni burada saxlasa, qalacağam” –ABŞ-ın Azərbaycandakı səfiri

robert

“Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. 

Bunu APA-nın sualını cavablandıran ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.  

“Mən prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ prezidentinin nümayəndəsiyik. Cənab  Tramp məni burada saxlasa, mən qalacağam”, – deyə, o, vurğulayıb. 

Qeyd edək ki, “New-York Times” qəzeti diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

 D. Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.