XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2017 - 21:22

Tramp kiberhücumlara görə sanksiyalarıləğv edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Barak Obamanın kiberhücumlara cavab olaraq Rusiyaya tətbiq etdiyi son sanksiyaların bir qismini ləğv edə bilər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Trampın müşavirlərindən Kellien Konvey «USA Today»a müsahibəsində deyib.

«Fikrimcə, prezident Tramp bizim addımların baş verənlərə proporsional olduğuna əmin olmaq istəyir», deyə müşavir bildirib.

Konvey hesab edir ki, son sanksiyalar və 35 rus diplomatın ölkədən qovulması barədə qərar ABŞ-a qarşı kiberhücum təşkil edən Çin və Şimali Koreya ilə bağlı çıxarılan qərarlardan daha sərt olub.

Müşavir demokratların məlum sanksiyaları aktiv şəkildə dəstəkləməsinə də toxunub: «Məsələ burasındadır ki, seçki onların gözlədiyi şəkildə nəticələnməyəndən bu məsələyə həddən artıq maraq göstərməyə başlayıblar».

Qeyd edək ki, Tramp Rusiya tərəfindən kiberhücumların mümkünlüyünü etiraf etsə də, bunun seçkinin nəticələrinə təsir etmədiyini bildirib.