2016-cı il dekabrın 27-də Qaradağ rayonu Sanqaçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinə yaxın ərtazidə yenidən partlayış olub.
Strateq.az Mia.az-a istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, hadisə az əvvəl baş verib.
Mia.az-ın əldə etdiyi məlumata görə, hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub: "Ərazidə təhlükəsizlik tədbirləri görülüb, yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir".
Strateq.az-ın xəbərinə görə, yanğın artıq söndürülüb.