XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 22:15

Avropalı siyasilər Putinlə bağlı Trampa müraciət etdi"Böyük səhvə yol verməyin!"

Bir qrup avropalı siyasətçi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müraciət ünvanlayıb.

Strateq.az xəbər verir ki, siyasilər Trampı Rusiya ilə ittifaq bağlamamağa çağırıblar.

«Washington Post»da yayılan müraciətdə deyilir ki, Putin ABŞ-ın müttəfiqi və etibarlı beynəlxalq tərəfdaş deyil.

Qeyd olunub ki, ABŞ Putinlə sazişə girməklə dünyaya sülh gəlməyəcək. Əksinə müharibə ehtimalı artacaq. Çünki Rusiya prezidenti güzəştləri zəiflik kimi qəbul edəcək.
 
Müraciətdə bildirilir ki, Rusiyanın Ukraynada stibiliyi pozmaq cəhdləri, həmçinin Krımı ilhaq etməsi amerikalıların və avropalıların soyuq savaşdan sonra nail olduğu sülhü, stabilliyi və təhlükəsizliyi təhdid altına qoyur.

Siyasilər bəyan ediblər ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək və Ukraynanın bölünməsini qəbul etmək böyük səhv olar:

«Böyük səhvə yol verməyin! Putin Amerikanı yenidən qüdrətli etməyin yollarını axtarmır. Müttəfiqiniz olaraq biz isə axtarırıq».

Müraciətə imza atanlar arasında İsveçin keçmiş baş naziri Karl Bildt, Polşa Seyminin keçmiş marşalı Yaroslav Sikorskiy, həmçinin siyasi xadimlər Toomas Hendrik İlves, Yanuş Onışkeviç, Karel Şvartsenberq, Vayra Vike-Freyberqa, Aleksandr Vondra və başqaları var.