XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

10 Yanvar 2017 - 23:44

SOCAR-dan yanğınla bağlı –Açıqlama

Socar-1

"Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib".

Strateq.az xəbər verir ki, bu sözlər SOCAR-ın bir az əvvəl yaydığı açıqlamada yer alıb.

Bildirilib ki, yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilərək, xətt istismardan təcrid olunub:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcəkdir".