XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

12 Yanvar 2017 - 17:31

Fələstin rəsmisi:"Roma Papası Trampı dilə tutmalıdır"

mahmud-abbas-papa

Yanvarın 13-də Fələstin Muxtar Administrasiyasının başçısı Mahmud Abbasın Vatikana ziyarəti çərçivəsində Fələstinin Vatikandakı səfirliyinin açılışı olacaq.

Strateq.az xəbər verir ki, Mahmud Abbasın İtaliya, Vatikan və Fransanı əhatə edən səfər turu bu gün başlanıb.

M.Abbas İtaliyada baş nazir Paolo Gentiloni ilə görüşdükdən sonra Vatikana yollanıb.

Burada o, Papa Fransisk ilə görüşəcək. Fələstin Muxtar Administrasiyasının xarici işlər naziri Riyad Maliki ABŞ səfirliyinin Qüdsə köçürülməsinin təhlükəli nəticələr verəcəyini söyləyib: "Ümid edirik Roma Papası bu məsələdə fərqli davranış sərgiləyəcək və Donald Trampa bu qərarından imtina etməsi üçün təsirli ismarış verəcək".

M.Rzasoy