Astanada baş tutması gözlənilən Suriya sülh müzakirələrinin tarixi və yeri bəlli deyil.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi RİA-ya açıqlamasında deyib.
“Görüşlərin tarixi hələ ki, bəlli deyil. Vaxtı biz müəyyən etmirik. Lakin müzakirələr Astanada, Xarici İşlər Nazirliyindən kənarda baş tutacaq. Görüş yeri ilə bağlı müzakirələr davam edir”, – nümayəndə bildirib.
Qazaxıstan rəsmisi görüşlərin nəzərdə tutulan tarixdən (22 yanvar) daha sonraya təyin ediləcəyini də istisna etməyib.
Axar.az