"Smith Consulting" şirkətinin keçirdiyi sorğuya əsasən, İsrail əhalisinin 65 faizi Barak Obamanı fələstinpərəst hesab edir.
Strateq.az "The Jerusalem Post" qəzetinə istinadla xəbər verir ki, bu nəşrin sifarişi ilə keçirilən sorğuda respondentlərin cəmi 12%-i ABŞ prezidentini israilpərəst adlandırıb.
Rəyi soruşulanların 20%-i fərqli qənaətdə olub. 3% isə sorğuda heç bir fikir bildirməyib.