XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 16:06

Prezident sərhəd gözətçi gəmisində –General raport verdi (FOTOLAR)

tufan-gemisi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.

Strateq.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. 

Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış olub.

Dövlət başçısı yeni inşa edilmiş "Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində "Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoydu.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.