XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 Yanvar 2017 - 18:05

“Qafqaz Universitetinin 2016-dək diplomları Türkiyə tərəfindən tanınmayacaq” –Rəsmi

qafqaz

"2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq".

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

"Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq", – deyə məlumatda bildirilir.

APA