XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2017 - 18:53

Prezident nazirliyə yeni səlahiyyət verdi –Dəyişiklik

sahin-2

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə 3.0.48-1-ci yarımbənd əlavə edilsin:

“3.0.48-1. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın həyata keçirilməsini Nazirliyin strukturuna daxil olan qurum vasitəsilə təmin etmək;”.

Prezidentin digər sərəncamı ilə göstərilənləri təmin etmək  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə həvalə olunub.