ABŞ-ın seçilən prezidenti Donald Tramp Dina Həbibi prezidentin iqtisadi təşəbbüslər üzrə baş müşaviri və köməkçisi təyin etmək niyyətindədir.
Strateq.az xəbər verir ki, valideynləri ABŞ-a mühacirət etməzdən əvvəl, 1973-cü ildə Qahirədə (Misir) anadan olan D.Həbib "Goldman Sachs"ı tərk etdikdən sonra sabiq prezident Corc Buşun administrasiyasında işləyib.
O, Dövlət Departamentində dövlət katibi Kondoliza Raysın mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi olub.
Daha sonralar D.Həbib Dünya Bankı ilə əməkdaşlıq edib.
M.Rzasoy