XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 15:40

Daxili işlər orqanlarında kadr dəyişikliyi- Nazirdən yeni təyinatlar

usubov-4

Daxili işlər orqanlarına kadr dəyişikliyi olub. 

Strateq.az "Report"a istiandən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Şirəliyev və Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi polis polkovnik-leytenantı Elman Quliyev tutduğu vəzifədən azad ediliblər. 

Digər bir əmrə əsasən isə Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis mayoru Haqverdi Zeynalov Nərimanov RPİ-nin CAŞ-ın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Masallı RPŞ-nın rəisi polkovnik Nəriman İmanov Nərimanov RPİ-nın rəisi təyin edilib.