XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 15:50

Prezident İlham Əliyev Davosa gedir –Səfər qrafiki

Azərbaycan prezidenti İlham Əliyev Davosda İsveçrə prezidenti Doris Loythardla görüşəcək.

Virtualaz.org “Business Standard” nəşrinə istinadən xəbər verir ki, prezidentlər gələn həftə Ümumdünya İqtisadi Forumu çərçivəsində görüş keçirəcəklər.

Xanım Loythard dekabr ayında prezident seçilib və yanvarın 1-dən vəzifələrinin icrasına başlayıb. Bu, onun İsveçrənin dövlət başçısı postunda ikinci müddətidir. O, 2010-cu ildə Konfederasiyaya rəhbərlik etmişdi.

Eyni zamanda, Doris Loythard ətraf mühit, nəqliyyat, energetika və rabitə naziridir. Nazir postunda olduğu müddətdə o, 2011-ci ildə Azərbaycana səfər etmiş və prezident İlham ƏIiyev tərəfindən qəbul olunmuşdu.

Davos forumunda 30-dan çox ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.