XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2017 - 16:15

Strateji Yol Xəritəsi:Lizinq haqqında vahid qanunun hazırlanacaq

Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanunun hazırlanması nəzərdən keçiriləcək.

Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə qeyd edilir ki, yeni qanun lizinq şirkətlərinin operativ lizinq xidmətləri göstərməsinə şərait yaradacaq. Yeni qanun əsasında müvafiq normativ hüquqi baza formalaşdırılacaq və lizinq şirkətlərinin fəaliyyəti üçün daha əlverişli şərait yaradılacaq.

Lizinq bazarının daha sürətlə inkişaf etməsi üçün güzəştlərin tətbiq olunması təmin ediləcək və yeni tənzimlənmə mexanizmləri müəyyənləşdiriləcək. Bundan əlavə, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sektorlarda lizinq üçün əlavə güzəştlərin tətbiqi nəzərdən keçiriləcək. Bu güzəştlər kiçik və orta sahibkarlıq subyektləri tərəfindən alternativ maliyyələşmə mənbəyi kimi lizinq xidmətlərindən istifadənin stimullaşdırılmasına şərait yaradacaq.