XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 20:35

“Riskdən qorxmayın” –Ərdoğan hökumətə və Mərkəzi Banka "yükləndi"

erdogan-3

Türkiyə prezidenti Ərdoğan bu gün iş adamlarına yenidən müraciət edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, dollar üzərindən ölkənin iqtisadiyyatına zərbə vurmaq istəyənlərin olduğunu bəyan edib:

"Türkiyənin üzərində indi də birjalarda oyun oynayırlar. Bu oyun hər keçən gün güclənir. Bu gün də çirkli oyunlar gedir, davam edir. Bu oyunu pozmaq üçün hamı əlini daşın altına qoymalıdır. Buradan mən siz iş adamlarına müraciət edirəm, ölkəyə yatırım qoyun, pullarınızı xərcləyin. Bunu ölkəmiz üçün edin. Türkiyə dövləti bu yatırımı qoyan heç bir iş adamını unutmayacaq. Ona görə sizə deyirəm, risk edin, yatırım qoyun. Riskdən qorxmayın".

Prezident hökuməti və Mərkəzi Bankı da valyuta oyunlarında gərəkən addımları zamanında atmamaqda ittiham edib: "Bəzən zamanında qərar verə bilmirlər, gecikirlər".

Xatırladaq ki, dollar Türkiyədə rekord səviyyədə qalxıb. Belə ki, bir dollar 4 lirə səviyyəsində cərəyan edir. 

Strateq.az