XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Yanvar 2017 - 12:07

İsrail dünya neft-qaz bazarının oyunçusuna çevrilmək istəyir –“News York Times”dən məqalə

neft-qaz-deniz

“İsrail bir neçə illik tərəddüddən sonra, nəhayət, öz şelf ehtiyatlarının işlənməsinə başlayıb. Bununla da o, nəinki enerji asılılığını aradan qaldıracaq, həm də qonşu dövlətlərə təbii qaz ixrac edəcək”.

Strateq.az xəbər verir ki, “News York Times”ın Aralıq dənizindəki qaz yataqlarına dair geniş məqalə bu sətirlərlə başlayır.

ABŞ nəşri hazırda kəşfiyyat işlərinin getdiyi zolaqda “Mavi Mərmərə” gəmisinin Qəzza bölgəsinin blokadasını yarmaq cəhdini və o zamandan gərginləşən İsrail-Türkiyə münasibətlərini xatırladır.

“News York Times” İsrailin energetika naziri Yuval Ştaynitsdən sitat gətirir: “İki, yaxud üç il əvvəl İsraildə bəziləri güman edirdi ki, Türkiyə ilə silahlı münaqişə ola bilər. Amma indi Yaxın Şərqin ən güclü dövlətlərindən biri ilə münasibətlər bərpa olunub”.

“News York Times” qeyd edir ki, Türkiyə İsraildən qaz almaq təklifinə razılıq verməyib. Lakin İordaniya rəsmi Tel-Avivlə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, 15 il ərzində İordanyaya 10 milyard kub metr qaz ixrac ediləcək ki, bu da ölkənin enerji istehlakının 40 faizini təşkil edəcək.

Məqalənin sonunda “New York Times” müəllifi qeyd edir ki, hazırda Misirlə də danışıqlar aparılır. Bununla bərabər, İsrail təbii qazın Kipr, Yunanıstan və İtaliyadan keçməklə Avropaya nəqli barədə planları nəzərdən keçirir.

Ə.Rzazadə