İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi ilə bağlı təşkil edilən Paris konfransının məqsədi Tel-Əviv qarşısında qəbuledilməz şərtlər qoymaqdır.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Fələstinlilərlə fransızlar sövdələşərək İsrailin milli maraqlarına uyğun olmayan şərtlər qəbul etdirmək istəyirlər. Fələstinin bu konfrasa qeyri-şərtsiz daxil edilməsi onun mövqeyinin güclənməsinə xidmət edir və regionda sülhün və sabitliyinin bərpasını xeyli gecikdirir. Paris konfransı dünənki dünyanın son nəfəsi idi. Sabah tamam fərqli olacaq və o gün yaxındadır”, – Netanyahu bildirib.
Qeyd edək ki, dünyanın aparıcı media orqanları Netanyahunun çıxışı zamanı söylədiyi son fikirləri ABŞ Prezidenti Donald Trampın vəzifə səlahiyyətlərinin icrası ilə əlaqələndiriblər.
Axar.az