XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2017 - 23:52

“II Reykyavik” mifi:Tramp və Putin görüşəcəkmi?

putin-trump

ABŞ-ın yeni prezidenti Donald Tramp and mərasimindən bir neçə həftə sonra rusiyalı həmkarı Vladimir Putinlə İslandiyanın paytaxtı Reykyavikdə bir araya gələcək.

Strateq.az xəbər verir ki, bu iddianı “Sunday Times” qəzeti irəli sürüb.

Xəbəri qəzetə Trampın adını açıqlamaq istəməyən bir müşaviri verib. Onun sözlərinə görə, bu görüş nüvə silahlarına məhdudiyyət gətirmək məqsədiylə keçiriləcək.

Xəbərdə Ronald Reqan dövrü xatırladılaraq, ABŞ-ın sabiq prezidentinin də Sov. İKP baş katibi Mixail Qorbaçovla 1986-ci ildə Reykyavikdə bənzər bir sammit keçirdiyi vurğulanıb. Xatırladaq ki, bu görüşdən sonra SSRİ Şərqi Avropa ölkələrindən ordusunu çıxarmış və tədricən dağılmağa başlamışdı.  Bu səbəbdən də Reykjavik adı ABŞ ictimaiyyətində rus təslimiyyətçiliyi assosasiyası yaradır.

Trampın “Reuters” xəbər agentliyinə açıqlama verən yenə adı çəkməyən iki məsləhətçisi xəbəri təkzib edib və beləcə, “II Reykyavik” mifinin ömrü uzun sürməyib.

Heydər

Strateq.az