XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 01:14

Təqaüdə göndərilən polkovnikə yeni vəzifə verildi –Zakir Həsənovdan yeni əmr

zakir

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Nazirliyin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik, prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Abdulla Qurbani Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif olunaraq, yanvarın 14-də rəsmən hərbi xidmətdən istefaya göndərilib.

Strateq.az "AzeriDefence”yə istinadən xəbər verir ki, həmin günü nazirlikdə A. Qurbaninin Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi münasibəti ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbi hissələrdən müvafiq istiqamətlərə məsul zabitlər iştirak ediblər.

Abdulla Qurbani mükafatlara Silahlı Qüvvələrdə uzun müddət qüsursuz xidmətinə, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsi, hərb elminin inkişafına verdiyi töhvələr, şəhid adının əbədiləşdirilməsi, həmçinin şəhid ailələrinə göstrilən qayğı və diqqətə görə layiq görülüb.

qurbani2

Abdulla Qurbani

Tədbirdə çıxış edən polkovnik A. Qurbani göstərilən diqqətə görə, prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, müdafiə naziri general-polkovnik Zakir Həsənova və Nazirliyin rəhbərliyinə minnətdarlığını ifadə edib.

O, qeyd edib ki, bundan sonra da ölkədə hərbi-vətənpərvərlik təbliğatının aparılmasına öz töhvəsini verəcək.

Saytın məlumatında o da bildirilib ki, yaş həddinə görə, hərbi xidmətdən ehtiyata çıxan A. Qurbani bundan sonra dövlət qulluqçusu kimi Müdafiə Nazirliyində fəaliyyətini davam etdirəcək.