XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 10:18

Cəbhədə gərgin gecə… –Müdafiə Nazirliyi xəbər yaydı

mudafi%c9%99-nazirliyi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.